Midea Azerbaijan Şirkəti olaraq, lift bazarında müsbət təəssürat yaratmaqla yanaşı, sektorda aparıcı müəssisələrdən biri olmaq öhdəliyini daşıyırıq. Bazardakı güclü rəqabət bizi hər zaman işin keyfiyyətini artırmaq, istehsalat proseslərini modernləşdirmək və müasir texnologiyalardan istifadə etmək istiqamətində düşünməyə təşviq edir.
Bu günə kimi Midea Azerbaijan Şirkəti olaraq Azərbaycan ərazisində 200-dən artıq lift quraşdırmış və müştərilərin istifadəsinə təhvil vermişik. Bu liftlər ölkə daxilində çoxsaylı ictimai, kommersiya və şəxsi obyektlərdə istifadə olunur.
Midea Azerbaijan, dünya miqyasında tanınan
Midea | Linvol lift markasının Azərbaycandakı rəsmi distribyutorudur. Bu çərçivədə, şirkətimiz məşhur Midea | Linvol brendinin innovativ texnologiyalarına uyğun xidmətlər təklif edir.
Azərbaycan ərazisində bir çox irimiqyaslı və vacib layihələrdə lift sistemlərini eləcədə eskalatorlarının uğurlu şəkildə quraşdırıb istifadəyə verdik. Layihələrə yanaşma tərzimiz müştəri ehtiyaclarını tam qarşılamaq, texniki təhlükəsizlik qaydalarına tam riayət etmək və maksimum məmnunluq yaratmaqdan ibarətdir.
Midea Azerbaijan olaraq məqsədimiz ölkəmizin inşaat və nəqliyyat sektoru üçün dəyər yaratmaqla yanaşı, müştərilərimizə uzunmüddətli və etibarlı həllər təklif etməkdir. Biz keyfiyyət, yenilik və məsuliyyət prinsipləri üzərində qurulan fəaliyyətimizlə sektorda lider mövqeyimizi qorumaqda qərarlıyıq.